Bu gün valyuta hərracına 150 mln. dollar çıxarılıb

12:32 - 14 Sentyabr 2016 - İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün keçirilən valyuta hərracına satışa 150 mln. ABŞ dolları çıxarılıb. Bu barədə "Report"a bank dairələrindən məlumat verilib. “Report”un analitik qrupu hesab edir ki, hərrac nəticəsində dolların sabaha olan rəsmi məzənnəsinin bir qədər də ucuzlaşacağı, kommersiya banklarında dolların alış məzənnəsinin rəsmi məzənnədən də aşağı düşəcəyi gözlənilir.

***
Azərbaycan Dövlət Neft Fondundan "Report"a verilən məlumata görə, bu vəsaitdən 78 mln. dollar (təklifin 52%-i) 22 kommersiya bankına satılıb.

Xəbər xətti