Ukraynanın baş prokuroru Yuri Lutsenko bildirib ki, yaxın günlərdə müstəntiqlər tərəfindən ölkə prezidenti Petr Poroşenkonu 2013-2014-cü illərdə Kiyevdə iğtişaşlar işi üzrə dindirəcək.
Bu barədə “Rossiya 24” telekanalı məlumat yayıb.
“Bəli, dindirilmə təxirə salınıb. Bunun yaxın günlərdə olacağını düşünürəm”, - baş prokuror deyib.
Bununla yanaşı, Lutsenko Poroşenkonun dindiriləcəyi vaxtı dəqiqləşdirməyib.
Avqustun əvvəlində 2014-cü ilin yanvar-fevral aylarında Maydan fəallarına qarşı cinayətlərin araşdırılması çərçivəsində Ukraynanın Baş prokurorluğuna bir sıra yüksəkvəzifəli siyasətçilərin, o cümlədən də Poroşenkonun çağırıldığına dair məlumat yayılmışdı.