Azərbaycanda yerli istehsalçılardan alınan buğdanın qiyməti qaldırılıb

11:50 - 14 Sentyabr 2016 - İQTİSADİYYAT

Yerli buğda istehsalçılarından tədarük olunan keyfiyyətli buğdanın qiyməti bir ton üçün 250 manatdan 270 manata qaldırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı noyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi iyun ayının 21-ndə Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunan yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az saytına, 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.

Xəbər xətti