Əgər Türkiyədə hərbi çevriliş olsaydı, ölkə ərazisində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi dayandırıla bilərdi.Trend-in məlumatına görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan "Anadolu" agentliyinə müsahibəsində deyib.Onun sözlərinə görə, bu halda Türkiyədə digər mühüm layihələr də böyük təhlükə altında qala bilərdi:"Məlum olduğu kimi, qiyamçıların məqsədlərindən biri Türkiyədə nəqliyyat layihələrinin reallaşdırılmasının qarşısını almaq idi".