Səmra anasını təbrik etdi: “Anam, sən mənim “Kainat gözəli"msən"

16:23 - 2 Avqust 2016 - MAQAZİN

“Eurovision 2016” təmsilçimiz Səmra Rəhimlinin anası İlahə Baxşıyevanın ad günüdür. Axşam.az-ın məlumatına görə, müğənni anasını sosial şəbəkədə təbrik edib.  Ürək sözlərini bölüşən Səmra bunları yazıb:
“Anam, sən mənim “Kainat gözəli"msən. Bizim xoşbəxtliyimiz, ad günün mübarək. Dünyanın ən gözəl anası, bizə etdiklərin üçün təşəkkürlər. Sən hər şeyin ən yaxşısına layiqsən. Mənə bəxş etdiyin hər şeyə görə təşəkkür, ən gözəl, ən ağıllı və əvəzolunmaz ana. Şir bürcü altında doğulmusan, xasiyyətin də ona uyğundur. Qızın səninlə fəxr edir. İndi etiraf edirəm: sən hər zaman haqlısan. Xoşbəxtəm ki, sən mənim anamsan”.
Qeyd edək ki, S.Rəhimlinin anası İlahə Baxşıyeva “Miss Şarm Azərbaycan-2003” müsabiqəsinin qalibi olub.


Xəbər xətti