Avropa İttifaqının ölüm cəzasının mümkün bərpası ilə əlaqədar Türkiyəyə göstəriş vermək haqqı yoxdur."Report" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Habertürk" telekanalına müsahibəsində bildirib.
"Aİ-nin Türkiyəyə göstəriş vermək haqqı yoxdur. Biz Avropa dəyərlərini qoruyuruq. Avropa rəsmiləri tez-tez öz fikirlərini bildirir. Amma bunu hədə şəklində eləmək lazım deyil", - deyə M.Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Avropa Komissiyasının sədri Jan-Klod Yunker rəsmi Ankaranın ölüm cəzasını bərpa edəcəyi təqdirdə Aİ-nin Türkiyənin üzvlüyü ilə bağlı danışıqlar prosesini dayandıracağını bildirmişdi.