Ucnoqta.az
www.ucnoqta.az

Mövlud Çavuşoğlu: <font color=red><b> "Aİ-nin Türkiyəyə göstəriş vermək haqqı yoxdur"</b></font>

13:48 - 25 İyul 2016 tarixində dərc olunub.

 Avropa İttifaqının ölüm cəzasının mümkün bərpası ilə əlaqədar Türkiyəyə göstəriş vermək haqqı yoxdur."Report" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Habertürk" telekanalına müsahibəsində bildirib.

"Aİ-nin Türkiyəyə göstəriş vermək haqqı yoxdur. Biz Avropa dəyərlərini qoruyuruq. Avropa rəsmiləri tez-tez öz fikirlərini bildirir. Amma bunu hədə şəklində eləmək lazım deyil", - deyə M.Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Avropa Komissiyasının sədri Jan-Klod Yunker rəsmi Ankaranın ölüm cəzasını bərpa edəcəyi təqdirdə Aİ-nin Türkiyənin üzvlüyü ilə bağlı danışıqlar prosesini dayandıracağını bildirmişdi.

Müəllif: Ucnoqta.az