Sabaha olan hava məlumatı

12:39 - 22 İyul 2016 - ÖLKƏ İÇİ

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, paytaxtda və yarımadada arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 28-33°, Bakıda gecə 23-25, gündüz 30-32° isti olacaq. 
Azərbaycanın rayonlarında iyulun 23-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 30-35° isti, dağlarda gecə 15-20, gündüz 20-25° isti olacaq. 
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23°, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacaq. 

Xəbər xətti