Xarici vətəndaş Bakı sakinini bıçaqlayıb.“Report”un xəbərinə görə, Türkmənistan vətəndaşı 20 yaşlı Dövran Annazarov Nərimanov rayonunun Kazımzadə küçəsi, ev 38/42 ünvanında yaşayan 1980-ci il təvəllüdlü İlham Əhmədova bıçaqla zərbə endirib.
Boğaz nahiyəsindən yaralanan İ.Əhmədov 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.