Ucnoqta.az
www.ucnoqta.az

Xarici vətəndaş Bakı sakinini bıçaqlayıb

14:27 - 19 İyul 2016 tarixində dərc olunub.

 Xarici vətəndaş Bakı sakinini bıçaqlayıb.“Report”un xəbərinə görə, Türkmənistan vətəndaşı 20 yaşlı Dövran Annazarov Nərimanov rayonunun Kazımzadə küçəsi, ev 38/42 ünvanında yaşayan 1980-ci il təvəllüdlü İlham Əhmədova bıçaqla zərbə endirib.
Boğaz nahiyəsindən yaralanan İ.Əhmədov 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az