"The Wall Street Journal" (WSJ) qəzetinin adları açıqlanmayan ABŞ administrasiyasının rəsmilərinə və uçuş məlumatlarının təhlilinə istinadən verdiyi məlumata görə, ABŞ Karib dənizinə əlavə qoşunlar yerləşdirib və həmçinin bölgəyə çoxlu sayda xüsusi əməliyyat təyyarəsi göndərib.
Ucnoqta.az xəbər verir ki, WSJ-nin məlumatına görə, bölgəyə xüsusi əməliyyatlarda istifadə edilən ən azı 10 Osprey tiltrotor təyyarəsi, eləcə də 100-dən çox şəxsi heyət daşıya bilən C-17 hərbi nəqliyyat təyyarəsi yerləşdirilib.
ABŞ rəsmiləri nəşrə təyyarələrin qoşun və hərbi texnika daşıdığını təsdiqləyiblər, lakin onların sayı və yerləşdirilən qoşun növü açıqlanmayıb.