Ağcabədidə azyaşlı uşaq faciəli şəkildə ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyulun 16-da Ağcabədi rayonunun Kürdlər kəndində qeydə alınıb. Kənddə yaşayan Səmərqə Süleymanovanın evində Bakı şəhər sakini, nəvəsi, azyaşlı Zəhra Abıyeva pəncərəyə quraşdırılmış dəmir barmaqlıqların arasında qalaraq boğulub. Faktla bağlı araşdırma aparılır.
Fərid