Ucnoqta.az
www.ucnoqta.az

Ağcabədidə faciə: <font color=red><b>azyaşlı dəmir barmaqlıqlar arasında boğulub</b></font>

15:30 - 18 İyul 2016 tarixində dərc olunub.

Ağcabədidə azyaşlı uşaq faciəli şəkildə ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyulun 16-da Ağcabədi rayonunun Kürdlər kəndində qeydə alınıb. Kənddə yaşayan Səmərqə Süleymanovanın evində Bakı şəhər sakini, nəvəsi, azyaşlı Zəhra Abıyeva pəncərəyə quraşdırılmış dəmir barmaqlıqların arasında qalaraq boğulub. Faktla bağlı araşdırma aparılır.

 

Fərid

Müəllif: Ucnoqta.az