Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2016-cı il iyulun 1-nə 4 283,9 mln. ABŞ dolları təşkil edib. "Report" AMB-yə istinadən xəbər verir ki, rəsmi valyuta ehtiyatlarının həcmi mayın 1-nə olan göstərici ilə müqayisədə 400 min dollar və ya 0,01% azalıb.
Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə olan rəsmi valyuta ehtiyatlarının həcmi ilə müqayisədə azalma 727,4 mln. dollar və ya 14,6% təşkil edib. Keçən ilin analoji dövrünə nisbətən isə ehtiyatlar 4 236,3 mln. dollar və ya 49,7% azalıb.