Göygölün yeni icra başçısı kollektivə təqdim olunub

11:03 - 14 Noyabr 2025 - Xəbər

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Vüqar Vahid oğlu Novruzov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Ucnoqta.az xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Vüqar Novruzov ona göstərilən etimada görə minnətdarlıq edib.

Xəbər xətti