“Napoli” “Qarabağ” azarkeşlərinə 2480 yer ayırdı

18:03 - 14 Noyabr 2025 - İDMAN

“Qarabağ” azarkeşləri üçün “Napoli” ilə oyunda 2480 yer ayrılıb

Ucnoqta.az xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində keçiriləcək “Napoli” – “Qarabağ” qarşılaşması üçün Azərbaycan klubunun azarkeşlərinə 2 480 yer ayrılıb.

Oyun “Stadio Diego Armando Maradona” stadionunda baş tutacaq. “Qarabağ” azarkeşləri arenaya Gate 26 girişindən daxil olacaqlar.

Biletlərin satışı bu gün saat 15:00-dan etibarən iTicket.az saytında onlayn şəkildə başlanacaq.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” oyunu noyabrın 25-də, Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Xəbər xətti