“Azərsun Holdinq”, Azərbaycan İnvestisiya Şirkəti və “Azpromo”nun təşkilatçılığı ilə dövlət başçısı cənab İlhanm Əliyevin ölkəmizin ixrac potensialının artırılmasının təşviqi məqsədi ilə verdiyi tapşırılqların icrası istiqamətində Azərbaycanın aparıcı şirkətlərindən ibarət bir qrupun Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən “Azərsun” Logistika mərkəzinə səfərini həyata keçirdi. Səfər zamanı qonaqlara mərkəz barədə məlumat verildi bildirildi ki, Aktau “Xüsusi İqtisadi Zonası”nın rəsmi iştirakçısı şəhadətnaməsini almış mərkəz 5000 m2 quru anbardan, 5000 m2 soyuq anbardan və digər infrastrukturdan ibarətdir. Logistika mərkəz Almaniya, Niderland və İtaliya istehsalı olan müasir sistemlər, müxtəlif anbar avadanlıqları, iri və xırda tonajlı nəqliyyat vasitələri ilə təchiz edilib və bu vilayət də ikinci belə bir müəssisə mövcud deyil. Görüşdə çıxış edən Qazaxıstan Respublikasının Manqistau vilayətinin akimi Alik Aydarbəyov bu mərkəzin Qazaxıstan və Azərbaycan arasında ticari və iqtisadi əlaqələrin möhkəmlənməsinə müsbət təsir edəcəyini bildirib. Qeyd etmək lazımdır ki, Azərbaycanda yetişdirilən meyvə- tərəvəzlərin, istehsal olunan kənd təsərrüfatı və digər məhsulların Orta Asiya bazarlarına çıxarılmasında bu mərkəz çox mühüm əhəmiyyət kəsb edir və iş adamlarına buradan istifadə etmək üçün hər cür imkan yaradılıb.