Şamaxı sakinlərinin pulunu alıb qaytarmayan jurnalistə hökm oxundu

16:05 - 23 İyun 2016 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Abuzər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Cəfərov 5 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, A.Cəfərov ötən il Şamaxıda 7-8 nəfər sakinin şikayəti əsasında saxlanılıb. O, həmin şəxslərdən işə düzəltmək adı ilə pul alaraq qaytarmamaqda təqsirləndirilərək barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Həbs olunarkən onda 20 ədəd saxta vəsiqə də aşkar edilib. A.Cəfərov bundan əvvəl də məhbus həyatı yaşayıb.

Xəbər xətti