"Günəşli" yatağında həlak olan neftçilərə görə sığorta pulu ödənilir

12:32 - 23 İyun 2016 - Cəmiyyət

 Ötən il "Günəşli" neft yatağında baş vermiş qəzada həlak olmuş neftçilərə görə sığorta ödənişlərinin verilməsinə başlanılıb. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov deyib.
Onun sözlərinə görə, söhbət 12-13 nəfərdən gedir: "Bizə sənədləri təqdim edilmiş bütün neftçilərə görə sığorta ödənişi verilir. Konkret məbləğ yoxdur, işçidən asılı olaraq müxtəlif məbləğlər ödənilir". 

Xəbər xətti