Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 13 nömrəli dərin dəniz özülündə 350 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. SOCAR-ın saytında verilmiş məlumata görə, quyu Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 3110-3068 metr intervaldan sutkalıq 90 ton neft və 10 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.