"Tras belədir, əgər xoşlarına gəlmirsə, evlərinə getsinlər"

21:14 - 18 İyun 2016 - Xəbər

Berni Ekklstoun: "Bakı trasından narazı qalan pilotlar evə qayıda bilərlər"

"Formula 1" Avropa Qran Prisinin Bakı şəhər trasından narazı qalan pilotlar evə qayıda bilərlər. Trend-in "Eurosport"a istinadən verdiyi məlumata görə, bunu "Formula One Management"in prezidenti Berni Ekklstoun deyib.
B.Ekklstoun pilotlar Censon Battonun və Niko Rosberqin trasın ayrı-ayrı sahələrindən şikayət etməsinə münasibət bildirib: "Tras belədir, əgər xoşlarına gəlmirsə, evlərinə getsinlər".

Xəbər xətti