MSK: Təkrar parlament seçkiləri başa çatdı- 23 292 nəfər səsvermədə iştirak edib

20:59 - 18 İyun 2016 - Xəbər

  Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə yekun seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb. “Report”un xəbərinə görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan indiyədək həmin dairə üzrə 40 203 seçicidən 23 292 nəfər (57, 9%) səsvermədə iştirak edib.

F.Orucov bildirib ki, səsvermə zamanı qanun pozuntularının olması ilə MSK-nın 115 “Qaynar xətti”nə şikayət daxil olmayıb.

Xəbər xətti