“Azərişıq”dan Formula 1 açıqlaması

14:02 - 16 İyun 2016 - ÖLKƏ İÇİ

“Azərişıq” ASC 2016-cı il iyun ayının 17-dən 19-dək Bakı şəhərində keçiriləcək “Formula 1” Avropa Qran-pri idman yarışları ilə əlaqədar fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi təchizatının təmin olunmasına tam hazırdır. Qurumun” mətbuat xidmətindən daxil olan xəbərə görə, 2016-cı il iyun ayının 17-dən 19-dək Bakı şəhərində keçiriləcək “Formula 1” Avropa Qran-pri yarışları zamanı idman tədbirlərinin keçiriləcəyi küçə və prospektlərin, habelə idmançıların və qonaqların yerləşdiriləcəyi yaşayış komplekslərinin, mehmanxanaların və digər sosial təyinatlı obyektlərin yüksək keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması üçün Azərişıq” ASC tərəfindən zəruri tədbirlər həyata keçirilib,yarışların keçiriləcəyi günlərdə fasiləsiz və yüksək keyfiyyətli elektrik enerji təchizatının təmin olunması və bu sahədə nəzarətin gücləndirilməsi məqsədi ilə 2016-cı il iyun ayının 16-dan 20-dək Səhmdar Cəmiyyətin Mərkəzi Aparatı və Bakı şəhərində olan ərazi strukturları üzrə növbətçılık təşkil edilib. Bundan əlavə Heydər Əliyev Beynəlxalq Hava Limanının, Dəmir Yol Vağzalının, Bakı Biznes Mərkəzinin, Dənizkənarı Milli Parkın, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qorğu ərazilərinin, muzeylərin, küçə, park və fəvarələrin, binaların fasad işıqlandırılmasının, restoranların, barların və digər obyektlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasının xüsusi diqqətdə saxlanılması barədə “Azərişıq” ASC rəhbərliyi tərəfindən Texniki Direktorluğa və tabe olan xidmət sahələrinə, Bakı şəhərində olan RETSİ-lərə ciddi göstəriş verilib.

Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, idman yarışının keçirildiyi günlərində aparılması planlaşdırılan bütün təmir işləri müvəqqəti olaraq dayandırılıb.

Xəbər xətti