2016-ci ilin ilk 5 ayı ərzində Azərbaycanda ümumilikdə 225 qida zəhərlənməsi hadisəsi baş verib.Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, qida zəhərlənməsi nəticəsində 271 nəfər zərər çəkib. 5 aylıq nəticələrə əsasən, ölkədə 23 botulizm hadisəsi qeydə alınıb. Nəticədə 28 nəfər zərər çəkib. Zəhərlənmələr zamanı ölüm faktı qeydə alınmayıb.
May ayı ərzində ümumilikdə 43 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə zamanı 53 zərərçəkən olub. May ayında 1 botulizm hadisəsi qeydə alınıb və 1 nəfər zərər çəkib. Zəhərlənmələr zamanı ölən olmayıb.
Qeyd edək ki, may ayı ərzində çiyələkdən zəhərlənmələr də müşahidə olunub.