Azərbaycanın xarici dövlət borcu AÇIQLANDI

14:33 - 14 İyun 2016 - İQTİSADİYYAT

1 aprel 2016-cı il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7,448.7 milyon ABŞ dolları (11,486.6 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21.0 faiz təşkil edib.Maliyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Xarici dövlət borcunun 82.3%-i əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə və 17.7%-i beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb olunub.

Xəbər xətti