Şirvan şəhərindən 22 kilometr şimal-şərqdə Hacıqabul rayonunda 3.1 bal gücündə zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 01:32-də qeydə alınan yeraltı təkanın episentri Hacıqabulda, ocağı isə 22 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.