Bakı-Tbilisi-Qars dəmir yolunun inşası layihəsi çərçivəsində aparılan tikinti işləri 2016-cı ilin sonunda yekunlaşacaq. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.
"Gürcüstan ərazisində işlər artıq bitib, abadlıq işləri qalıb. Türkiyə ərazisində inşaat işləri əldə edilən razılığa əsasən ilin sonuna yekunlaşacaq və bundan sonra Avropaya ən qısa yolla və daha ucuz yükdaşıma həyata keçirmək mümkün olacaq", - deyə C.Qurbanov qeyd edib.