İyunun 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 17-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında havanın gündüz əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 15-20, gündüz 27-32, dağlıq rayonlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.
Tibbi xəbərdarlığa gəlincə isə, iyunun 4-5-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.