Belarus prezidenti Aleksandr Lukaşenko təcili məsələləri müzakirə etmək üçün tezliklə Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırdığını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bunu Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.
"Biz tezliklə görüşmək və bizi narahat edə biləcək məsələni müzakirə etmək barədə razılığa gəldik. Çünki bizim bir razılığımız var: əgər hökumət bir şeyi həll etməsə, bu, iki prezidentin diqqətində qalacaq", - deyə Belarus lideri bildirib.