Qanunsuz saxlanılan 3 avtomat, 10 tüfəng aşkarlanıb

12:03 - 15 İyun 2026 - HADİSƏ

İyunun 13-də və 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 10 tüfəng, 11 patron darağı və 362 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Xəbər xətti