ABŞ və İran razılaşdı - neft daha da ucuzlaşdı

08:53 - 15 İyun 2026 - İQTİSADİYYAT

Brent markalı xam neftin qiyməti ABŞ-İran sülh müqaviləsi fonunda düşüb.

Ucnoqta.az xəbər evrir ki, ticarət məlumatlarına görə, Londonun ICE birjasında 2026-cı ilin avqust ayı üçün çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti  83,27 dollara (-4,65%) düşüb.

Bu azalma ABŞ və İran arasında əldə edilən sülh müqaviləsi fonunda qeydə alınıb.

Bu arada, WTI markalı xam neftin 2026-cı ilin avqust ayı üçün çatdırılma üçün fyuçersləri 5,12% azalaraq barel üçün 80,53 dollara düşüb.

Xəbər xətti