BƏƏ Cənubi Koreyaya təyyarə göndərdi - raket sistemlərini və ...

14:20 - 12 İyun 2026 - DÜNYA

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Çonqun hava hücumundan müdafiə raket sistemlərini və onlar üçün tutucu raketləri götürmək üçün Cənubi Koreyaya C-17 nəqliyyat təyyarəsi göndərib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi hərbi mənbələrə istinadən məlumat verib.

C-17 təyyarələri 12 iyunda Daequ hava limanında müşahidə edilib. Agentliyin məlumatına görə, ümumilikdə səkkiz belə uçuş planlaşdırılır.

Çonqun sistemləri 40 km-ə qədər yüksəkliklərdə hava hədəflərini tutmaq üçün nəzərdə tutulub.

Xəbər xətti