Tramp Kanada və Meksika ilə ticarət sazişini yeniləməyə bilər

20:56 - 10 İyun 2026 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp Kanada-Meksika-Amerika Birləşmiş Ştatları Ticarət Sazişini (USMCA) yeniləməyə biləcəyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən onu yeniləməyi düşünmədiyini deyib. Amerika lideri qeyd etdi ki, müqaviləni ləğv etmək hüququna malikdir.

"USMCA-da xoşuma gələn bir şey var. Qüvvəyə minməsindən altı il sonra yenilənməyə hazırdır. Yeniləyib-yeniləməyimi bilmirəm. Bizim Kanadada olan heç nəyə ehtiyacımız yoxdur. Bizə Meksikada olan heç nəyə ehtiyacımız yoxdur. Amma onların bizdə olan hər şeyə ehtiyacı var" deyə o qeyd edib.

Xəbər xətti