Filippinlərin Angeles şəhərində tikilməkdə olan doqquzmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 11-ə çatıb, daha 14 nəfər itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, GMA News bu barədə məlumat yayıb.
Təcili yardım xidmətləri uçmuş binanın dağıntılarını təmizləyərək axtarış və bərpa əməliyyatlarını davam etdirir.
Hadisədən sonrakı ilk saatlarda daha 26 nəfər xilas edilib.