Rusiyanın Ukrayna paytaxtını tərk etmək çağırışına baxmayaraq, demək olar ki, bütün AB səfirlikləri Kiyevdə fəaliyyət göstərir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas deyib. Kallasın sözlərinə görə, Avropa səfirlikləri Ukrayna paytaxtını təxliyə etməyib. Yeganə istisna Rusiya Xarici İşlər Nazirliyinin xəbərdarlığını ciddi qəbul edən Amerika diplomatik missiyası olub.
Avropa Birliyinin baş diplomatı Kiprdə Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə gələrkən bildirib ki, "Biri istisna olmaqla, bütün səfirliklər qalır".
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubioya Kiyevə hücumlara hazırlıq barədə məlumat verib.
Belə ki, Rusiya Xarici İşlər Nazirliyi xarici vətəndaşları, diplomatları və beynəlxalq missiyaların əməkdaşlarını şəhəri əvvəlcədən tərk etməyə çağırdı.