Üzünə milyonlar xərcləyib - Məşhur müğənninin əməliyyatdan sonrakı halı

10:47 - 31 May 2026 - MAQAZİN

Məşhur müğənni Ebru Gündeş karyerası və şəxsi həyatı ilə tabloidlərdə gündəm olub.

Ucnoqta.az türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur sənətçi səhnədə kosmetik əməliyyat keçirdiyini açıqlamışdı. Ebru Gündeş tamaşaçılara "Yarım üz qaldırma əməliyyatı etdirdim. Bəs bu necə oldu, 10 yaş cavanlaşdım?" bildirib.
"Gel Konuşalım" verilişindəki iddiaya görə, Gündeşin daha gənc görünmək üçün etdiyi üz qaldırma əməliyyatına 200 min dollar (təxminən 10 milyon TL) xərclədiyi iddia edilirdi.
Son zamanlar üzündəki dəyişikliklə diqqət çəkən Gündeş, kosmetik əməliyyatdan sonrakı fotolarını paylaşmağa davam edir.
Məşhur sənətçinin İnstaqramda paylaşdığı yeni fotoları pərəstişkarlarından çoxlu şərh və bəyənmə alıb.


Xəbər xətti