"Paşinyan Ermənistanın varlanacağına inanırsa, qoy bunu təmin etsin" - Lavrov

14:21 - 28 May 2026 - DÜNYA

Əgər Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərinin pisləşməsinə baxmayaraq, ölkənin "varlanacağına" inanırsa, qoy bunu təmin etsin.

Ucnoqta.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bunu bildirib.

"Ermənistan liderinin açıqlamalarına şərh verə bilmərəm. Əgər o, ölkənin varlanacağına inanırsa, qoy bunu təmin etsin" - Lavrov "Vesti"yə verdiyi şərhdə bildirib.

Bir müddət əvvəl Paşinyan Qarni şəhərində keçirilən seçki mitinqində bildirib ki, ölkə hakimiyyəti Rusiya ilə əlaqələrin pisləşməsi halında əmtəə qiymətlərinin artmasından qorxmur, çünki onlar ölkəni "dünyanın kəsişməsinə" çevirməklə varlanmağı gözləyirlər.

Xəbər xətti