Prezident Rauf Əliyevi təltif etdi

16:47 - 26 May 2026 - Xəbər

Rauf Əliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Rauf Asif oğlu Əliyev bu mükafata ölkənin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, mayın 27-də R.Əliyevin 70 yaşı tamam olur.

Xəbər xətti