Məktəblərlə bağlı dəyişiklik: Dərslər 2 gün tez bitir

10:10 - 26 May 2026 - Xəbər

Azərbaycanda məktəblərdə dərs ili bu il daha tez yekunlaşacaq.

Ucnoqta.az xəbər verir ki, ümumtəhsil məktəblərində 2025-2026-cı tədris ilinin son dərs günü iyunun 12-nə təsadüf edəcək. Buna səbəb iyunun 13-nün şənbə, 14-nün isə bazar gününə düşməsidir.

Beləliklə, şagirdlər yay tətilinə adət olunandan iki gün əvvəl yollanacaqlar.

Xatırladaq ki, Azərbaycanda dərs ili ənənəvi olaraq sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır. Lakin bu il son günlərin həftəsonuna təsadüf etməsi tədris prosesinin iyunun 12-də yekunlaşmasına səbəb olacaq.

Xəbər xətti