Danışılmış oyunlara görə 17 nəfər ömürlük futboldan uzaqlaşdırıldı

21:29 - 21 May 2026 - İDMAN

Çin Futbol Assosiasiyası rüşvətxorluq və matçın nəticələrini manipulyasiya etdikləri üçün 17 nəfəri ömürlük futboldan uzaqlaşdırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb.

Daha 48 nəfər isə 5 ilədək müddətə diskvalifikasiya olunub.

2024-cü ilin sentyabrında Çin Futbol Assosiasiyası 43 nəfərin qumar oyunları və danışılmış oyunlara görə futbolla əlaqəli fəaliyyətlərdən ömürlük uzaqlaşdırıldığını açıqladı.

Xəbər xətti