FİFA prezidenti İranın DÇ-2026-da iştirakını təsdiqlədi

22:54 - 30 Aprel 2026 - İDMAN

FİFA prezidenti İranın DÇ-2026-da iştirakını təsdiqləyib

Ucnoqta.az xəbər verir ki, FİFA prezidenti Canni İnfantino təşkilatın Vankuverdə keçirilən konqresində İran milli komandasının 2026-cı il Dünya Çempionatında iştirak edəcəyini və oyunlarını ABŞ-da keçirəcəyini açıqlayıb.

"İran 2026-cı il Dünya Kubokunda iştirak edəcək və əlbəttə ki, İran ABŞ-da oynayacaq. Biz birləşməli və insanları bir araya gətirməliyik. Və bu, bizim məsuliyyətimizdir", - deyə İnfantino bildirib.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlaması səbəbindən ölkənin Dünya Çempionatında iştirakı şübhə altında idi. Mart ayında İslam Respublikasının idman naziri Əhməd Donyamali milli komandanın turnirdə iştirak etməyəcəyini bildirmişdi. Daha sonra məlum oldu ki, iranlılar komandalarının oyunlarını Meksikaya köçürmək istəyirlər.

Xəbər xətti