Texnologiya şirkətləri süni intellektə 725 milyard dollar xərcləyəcəklər - FT

09:13 - 30 Aprel 2026 - DÜNYA

Dörd aparıcı texnologiya şirkəti — "Amazon", "Meta", "Microsoft" və "Google"un ana şirkəti "Alphabet" — 2026-cı ildə süni intellekt (Sİ) texnologiyaları üçün ilkin investisiya planlarını yuxarı doğru yenidən nəzərdən keçiriblər.

Ucnoqta.az xəbər verir ki, Financial Times (FT) qəzetinin məlumatına görə, onlar indi 2025-ci il üçün planlaşdırılan rekord 410 milyard dollardan 77% artımla 725 milyard dollar xərcləməyə hazırdırlar.

Qəzetin məlumatına görə, investorlar əvvəllər bu layihələrə xərclənən böyük məbləğlərə şübhə ilə yanaşsalar da, ümumiyyətlə, mənfəət hesabatlarını alqışlayırdılar, çünki Sİ və məlumat mərkəzlərinə tələbat gəlir və mənfəətdə əhəmiyyətli artıma səbəb oldu.

Jefferies analitiki Brent Tillin sözlərinə görə, "Sİ iqtisadiyyatı möhkəmdir və davamlı şəkildə böyüyür".

Onun sözlərinə görə, texnologiya nəhənglərinin gəlirlərindəki artım "əsas oyunçuların böyük kapital xərclərini ödəyə biləcəyini" göstərir. O, texnologiya şirkətlərinin maliyyə aktivlərinin qiymətlərinin düşməsi ilə bağlı pessimist gözləntiləri cəfəngiyat adlandırıb.

Xəbər xətti