Tramp İranla müharibəni "kiçik səyahət" adlandırdı

09:27 - 17 Aprel 2026 - DÜNYA

ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ona hücum etməli oldu, lakin müharibə tezliklə bitəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Las-Veqasda Vergi Həftəsi münasibətilə çıxışı zamanı bildirib. 

"Biz İrana "kiçik bir səyahət" etməli olduq. Mən istəmirdim, amma etməli olduq, çünki onların nüvə silahına sahib olmasına icazə verə bilmərik", - deyə Tramp bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar "çox rahat" gedir. "Biz istədiyimizi edə bilərik. Bu, mükəmməldir. Yəqin ki, tezliklə bitəcək", - deyə Tramp bildirib.

Xəbər xətti