ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ona hücum etməli oldu, lakin müharibə tezliklə bitəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Las-Veqasda Vergi Həftəsi münasibətilə çıxışı zamanı bildirib.
"Biz İrana "kiçik bir səyahət" etməli olduq. Mən istəmirdim, amma etməli olduq, çünki onların nüvə silahına sahib olmasına icazə verə bilmərik", - deyə Tramp bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar "çox rahat" gedir. "Biz istədiyimizi edə bilərik. Bu, mükəmməldir. Yəqin ki, tezliklə bitəcək", - deyə Tramp bildirib.