Belçika və İspaniya Ukraynaya 1 milyard avroluq hərbi yardım edəcəklər

23:07 - 13 Aprel 2026 - DÜNYA

Belçika və İspaniya 2026-cı ildə Kiyevə 1 milyard avroluq hərbi yardım göstərəcəklər.

Ucnoqta.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Mixaylo Fedorov Telegram kanalında yazıb.
 "Belçikanın müdafiə nazirləri Teo Franken və İspaniyanın müdafiə nazirləri Marqarita Robles ilə müzakirələr apardım. Belçika bu il Ukraynaya 1 milyard avroluq müdafiə yardımı ayırır. İspaniya da bu il 1 milyard avroluq yardım göstərir" - nazir qeyd edib.

Fedorov əlavə edib ki, Belçika Ukraynaya əlavə F-16 qırıcı təyyarələri və mövcud təyyarələr üçün ehtiyat hissələri təmin etmək niyyətini təsdiqləyib.

Xəbər xətti