İsrail məhdudiyyətləri aradan qaldırdı

21:46 - 8 Aprel 2026 - DÜNYA

ABŞ və İran arasında atəşkəs rejiminin tətbiqi fonunda, İMQ İslam Respublikası ilə qarşıdurmanın başladığı 28 fevralda ölkə əhalisinə tətbiq edilən demək olar ki, bütün məhdudiyyətlərin 9 apreldən etibarən qaldırıldığını elan edib.

Ucnoqtaa.az xəbər verir ki, İMQ mətbuat xidmətinin verdiyi açıqlamaya görə, vəziyyəti qiymətləndirdikdən sonra, 9 aprel səhərindən etibarən ölkənin əksər ərazilərində təhsil də daxil olmaqla bütün fəaliyyətlərə məhdudiyyətsiz icazə veriləcəyi qərara alınıb.

Lakin bəzi ərazilərdə ictimai toplantılar 1000 nəfərdən çox olmamaq şərti ilə məhdudlaşdırılacaq.

Məhdudiyyətlərin yumşaldılması Şimali İsrailin Livanla sərhədinə təsir etməyəcək. İMQ-nin məlumatına görə, davam edən atəşkəs səbəbindən orada sərt məhdudiyyətlər qüvvədə qalır.

Xəbər xətti