NATO-da ABŞ-ni heç kim əvəz edə bilməz - Kallas

12:59 - 2 Aprel 2026 - DÜNYA

NATO-da heç bir ölkə ABŞ-ni əvəz edə bilməz.

Ucnoqta.az xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ABŞ Prezidenti Donald Trampın ölkənin ittifaqdakı üzvlüyünə son qoymaqla bağlı təhdidlərini şərh edərkən milli ictimai yayımçı ERR-ə bildirib.

"Əlbəttə ki, heç kim amerikalıları əvəz edə bilməz, çünki NATO ittifaq münasibətləri üzərində qurulub. Amma biz bu münasibətlərin işləməsi üçün əlimizdən gələni etməliyik, baxmayaraq ki, təəssüf ki, onlar həmişə ikitərəfli olur. Problem də bundadır", - deyə Avropa diplomatiyasının rəhbəri bildirib.

Kallas həmçinin Avropa ölkələrinin öz müdafiə qabiliyyətlərini gücləndirmələrinin vacibliyini vurğulayıb.

Xəbər xətti