İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 85-ci hücum dalğası zamanı ABŞ və İsrailə məxsus bölgədəki bir sıra ağır sənaye obyektlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fars agentliyi SEPAH mətbuat xidmətinə istinadən açıqlamasında deyilir.
Açıqlamada qeyd olunur ki, 85-ci hücum dalğası zamanı SEPAH Hərbi Dəniz Qüvvələri və Aerokosmik Qüvvələrinin qırıcıları işğal olunmuş ərazilərdə və digər yerlərdə Amerika və Sionist düşmənlərinə məxsus bir sıra ağır sənaye obyektlərinə raket və pilotsuz təyyarələrlə hücum edərək, bəzilərini məhv ediblər.