BƏƏ sahillərində gəmiyə mərmi düşüb

05:57 - 19 Mart 2026 - DÜNYA

Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları (UKMTO) bildirib ki, BƏƏ sahillərində bir gəmiyə mərmi düşməsi nəticəsində yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə agentliyin veb saytında məlumat dərc edilib.

Hadisə BƏƏ-də Xor Fakkandan 20 km şərqdə baş verib. Agentlik bildirib ki, UKMTO gəminin naməlum mərmi ilə vurulduğu və göyərtədə yanğına səbəb olduğu barədə məlumat alıb.

Xəbər xətti