KTMT komanda-qərargah təlimi keçirir

13:55 - 16 Mart 2026 - DÜNYA

16-19 mart tarixlərində Birgə Qərargah rəisi general-polkovnik Andrey Serdyukovun rəhbərliyi altında KTMT Birgə Qərargahı, Katiblik və təşkilata üzv dövlətlərin maraqlı nazirlikləri və qurumlarının iştirakı ilə strateji komanda-qərargah təlimi keçirilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a KTMT Birgə Qərargahının mətbuat katibi Vladislav Şeqrikoviç məlumat verib.

Şeqrikoviç bildirib ki, tədbir KTMT orqanlarının Təşkilata üzv dövlətlərə hərbi və hərbi-texniki yardım göstərməsi üçün təkliflərin hazırlanmasını təcrübədən keçirmək məqsədi daşıyır.

Xəbər xətti